İŞİN TƏQDİM EDİLMƏSİNƏ AİD GÖSTƏRİŞ:

Müəlliflər işlərini .PDF formatında (elektron formada) Internet səifaəsindəki növbəti ünvana daxil etmələri lazımdır: Deadline for paper submission has expired (İŞİN TƏQDİMATI).

Qəbul olunmuş işlərə Engineering Index (EI) və EI Compendex veriləcək.

Elsevier nəşriyyat evinə IEEE AICT2009 Beynəlxalq Konfransının bəyəndiyi bütün işlərin adı verilənlər bazasına, Engineering Index (EI) və EI Compendex əlavə edilməsi üçün göndəriləcək.

IEEE AICT2009 konfransının bəyəndiyi işlərə identifikasiya nömrəsi, IEEE kataloq nömrəsi və ISBN veriləcək.

İşin adı, müəllifin adı, ünvanı, e-poçt ünvanı, xülasə, açar sözlər İngilis dilində təqdim olunmalı və bu ŞABLONA uyğun hazırlanmalıdır. İşin qalan məzmunu İngilis və ya konfransın hər hansı bir işçi dilində: Azərbaycan, Rus və ya Türk dilində yazıla bilər.

İşin ümumi həcmi, qrafik məzmun da daxil olmaqla maksimum 5 səhifə ola bilər. IEEE həcmi 7 səhifədən çox olmayan işləri baxmaq üçün qəbul edir. İşi qəbul olunmuş müəllifdən, həcmi 5 səhifədən çox olarsa, 6-cı səhifə üçün əlavə olaraq 100 $ və 7-ci səhifə üçün 200 $ alınacaqdır. 7 səhifədən çox olan işlərə baxılmayacaqdır. İşin adı, müəllifin adı, soyadı, ata adı, təşkilatın adı, müəllifin ünvanı, telefon, faks, müəllifin elektron poçt ünvanı xülasədən əvvəl ilk səhifənin yuxarısında yerləşdirilməlidir. Xülasənin maksimal həcmi 100 söz olmalıdır. Müəlliflər AICT2009 təqdim olunmuş işin əvvəllər nəşr edilmədiyinə və indiyə qədər baxılmadığına zəmanət verməlidirlər. AICT2009 üçün qəbul edilən məqalələr konfransın materiallarında çap ediləcək işlərin elektron kataloquna - CD-ROM-a daxil ediləcək, bundan başqa nəşrlər IEEE XploreTM elektron bazasına daxil ediləcəklər. Seçilmiş işlər jurnalda nəşr ediləcəklər.

İşin təqdimi ilə əlaqədar əlavə məlumat üçün təşkilatçılara müraciət etmək olar: Guy Omidyar və ya Abzetdin Adamov və ya Bizimlə əlaqə formasını doldurmaq olar.

Diqqət: Təsdiq edilmiş işin (Camera ready) son variantını hazırlayarkən IEEE Xplore standartlarını nəzərə almaq lazımdır.

 

The 3rd IEEE International Conference on Application of Information and Communication Technologies AICT2009
Открытый каталог научных конференций